Rusiyada 5,8 ballıq zəlzələ oldu

12 Dekabr 2025 23:55

Rusiyanın Kamçatka diyarı ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin "Telegram" kanalında bildirilib.

Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 271 km məsafədə baş verib. Zəlzələnin episentri 69,5 km dərinlikdə yerləşib.

Milli.Az