Qara dənizdə gərginlik Rusiya və Ukraynanın gəmilərə qarşı həyata keçirdiyi qarşılıqlı hücumlarla pik həddə çatıb. Son olaraq Rusiya Ukraynanın Odessa limanında Türkiyəyə məxsus yük gəmisini hədəfə alıb. Hücumdan sonra gəmidə böyük yanğın baş verib.
Milli.Az xəbər verir ki, hadisə ilə bağlı ölən və ya yaralananlar barədə rəsmi məlumat verilməyib.
Hədəf alınan gəminin "Cenk Roro" olduğu bildirilib.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Lalə Qüdrətova
Milli.Az