Çin avtomobilləri ilə bağlı narazılıqlar bitmir.
Milli.Az xəbər verir ki, bütün dünyada, eləcə də Azərbaycanda Çin avtomobilləri alan şəxslər qısa zamanda "bahalı problemlər" yaşayırlar.
Məsələ təkcə ehtiyat hissəsinin tez sıradan çıxması yox, ümumiyyətlə ehtiyat hissəsinin tapılmaması ilə əlaqədardır.
Təqdim etdiyimiz video 60 min kilometr sürülmüş Changan A05 avtomobili ilə bağlıdır. Hansı ki, cəmi 60 min kilometrdə su nasosu sıradan çıxıb.
Qeyd edək ki, antifrizin dövriyyə nasosu olan bu pompa avtomobilin bahalı ehtiyat hissələrindən biridir, o sıradan çıxdıqda mühərrik qızır və dağılır.
Milli.Az görüntüləri təqdim edir:
İsmayıl
Milli.Az