Müğənni Manaf Ağayev həmkarı Rəqsanə İsmayılova haqqında gözlənilməz etiraflar edib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Tarixin bir günü" verilişində həbsdə olduğu dönəmdə Rəqsanəyə göstərdiyi diqqətdən danışıb.
O, bildirib ki, bu mövzunu indiyədək açıqlamasa da, çətin günündə ifaçını tək buraxmayıb:
"Xasiyyətim belədir, insanın dar günündə yanında olmaq istəyirəm. Çıxandan sonra da Rəqsanəyə zəng edib ağlayaraq onu təbrik etmişəm. Bildiyimə görə, həbsdə olduğu dövrdə ona, ərinə və Aysuna məndən çox zəng edən olmayıb. Məlumatıma görə yanina məndən çox pay göndərən olmayıb. Çünki görüş mümkün deyildi. Onsuz da Aysun hər gün gedirdi, ehtiyac da yox idi. Ancaq xarakterimdir, insanın dar günündə yanında olmaq istəyirəm, yaxşı günündə Rəqsanə ilə ile illərlə danışmamışam. Zindanın ona qadın üçün nə demək olduğunu bilirəm. Rəqsanə yaxşı qızdır".
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az