“İnter”də ciddi İTKİ - bu il oynamayacaq

12 Dekabr 2025 18:12

"İnter"in təcrübəli müdafiəçisi Françesko Açerbi əzələ zədəsi səbəbindən ilin qalan hissəsində meydana çıxa bilməyəcək.

Milli.Az xəbər verir ki, xinarici mətbuatda yer alan məlumatlara görə, 37 yaşlı futbolçu Çempionlar Liqasının "Liverpul"la keçirilən görüşündə (0:1) aldığı zədədən sonra sıradan çıxıb. Açerbi qarşılaşmanın 31-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub.

Mövsüm ərzində ital­yan oyunçu bütün turnirlər üzrə 12 matçda forma geyinib və komandasına bir məhsuldar ötürmə ilə töhfə verib.

Hüseyn
Milli.Az