Ucarda vəhşi heyvanlar kəndə hücum edib.
Milli.Az xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb.
Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.
Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.
Milli.Az