Tarixin ən etibarlı 10 avtomobili açıqlandı

12 Dekabr 2025 19:07

"TopSpeed" portalı tarixin ən etibarlı 10 avtomobilini açıqlayıb. Siyahının birinci yerində 2015-ci il Toyota Camry dayanır.

Milli.Az xəbər verir ki, onun etibarlılığı 100 baldan 90 qiymətləndirilib.

İkinci yerdə 2015-ci il Lexus ES, üçüncü yerdə isə 2007-ci il Toyota Corolla gəlir. Onların etibarlılıq göstəriciləri müvafiq olaraq 89 və 88 baldır.

Siyahıya həmçinin 2007-ci il Honda Accord, 2018-ci il Toyota RAV4, 2019-cu il Mazda MX-5 Miata, 2021-ci il Lexus GX, 2022-ci il Toyota Prius, 2022-ci il Mazda CX-9 və Subaru Legacy daxildir.

"TopSpeed" həmçinin Toyotanın ən az etibarlı avtomobillərini də açıqlayıb. GR Supra idman kupesi son 20 ildə markanın ən problemli avtomobilidir. Burada əyləc yardım sistemi və təhlükəsizlik kəməri dartıcıları ilə bağlı problemlər olur. Yeni modellər arasında isə Toyota bZ4X ən az etibarlı sayılıb.

İslam
Milli.Az