Ukraynada daha bir azərbaycanlı öldü

12 Dekabr 2025 13:53

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən, Yardımlı rayonu Əfçədulan kənd sakini Raqif Hüseyqulu oğlu İsgəndərov döyüş əməliyyatları zamanı həlak olub.

Milli.Az