"Bununla xəstəxanalarda sıxlıq problemi həllini tapacaq”

12 Dekabr 2025 13:32

Tezliklə Yeni Klinikada urologiya, ümumi cərahiyə və ginekologiya üzrə Robotik Cərrahiyyə Xidməti fəaliyyətə başlayacaq. 

Milli.Az xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edib ki, yanvarın sonunda evdən onlayn növbə götürməklə, həmin saatda xəstəxanada həkim qəbulunda olacaqlar:

"Bununla da xəstəxanalarda sıxlıq problemi həllini tapacaq".

Mina Mikayılova
Milli.Az