Dekabrın 12-də Günəşdə "M" (ən güclü "X" sinfindən öncəki -red) sinfindən olan iki güclü alışma qeydə alınıb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"12 dekabr saat 08:05 (Bakı vaxtı ilə 09:05) 4296 nömrəli (S18W73) ləkələr qrupunda yerləşə rentgen diapazonunda M2.0 gücündə alışma qeydə alınıb, müddəti 24 dəqiqə olub. Partlayış II tipli (sürəti V=410 km/s) və IV tipli radioşüalanma artımları və HF-radioəlaqənin pozulması ilə müşayiət olunub",-deyə məlumatda qeyd olunur.
Növbəti M1.1 gücündə partlayış Bakı vaxtı ilə saat 08:44 -də 4294 nömrəli (S13W89) ləkələr qrupunda baş verib. Alışmanın müddəti 26 dəqiqə olub.
Milli.Az