9 yaşlı uşağı iplə bağlayıb VİDEOya çəkdilər, cinayət işi açıldı

12 Dekabr 2025 14:37

İstanbulda bazardan idman geyimi oğurladığı iddia edilən uşaq dükan sahibləri tərəfindən iplə bağlanıb.

Milli.Az xəbər verir ki, uşağı bağlayan dükan sahibi Əhməd Saydan bildirib ki, onu tutub daha sonra hədə-qorxu gəlib.

Hadisə Ayazağa məhəlləsində baş verib. İddialara görə, 14 yaşlı uşaq yerli bazarda köşkdən idman geyimi oğurlayıb. Oğurlanmış əşyanı bankomatların yaxınlığında gizlətdikdən sonra bazara qayıdıb. İddialara görə, o, ikinci dəfə oğurluğa cəhd edib, lakin satıcı onu görüb. Bazar satıcısı Əhməd Saydan oğlanı iplə bağlayıb. İdman geyimi satıcı tərəfindən götürüldükdən sonra oğlan sərbəst buraxılıb.

Uşağı iplə bağlayan və həmin görüntüləri sosial şəbəkələrdə paylaşdığı müəyyən edilən 3 nəfər saxlanılıb, azyaşlı isə qorunma altına alınıb.

Saxlanılan şəxslər haqqında "Uşaq oğurluğu" maddəsi üzrə cinayət işi başladılıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

Fidan
Milli.Az