UEFA Konfrans Liqasının 5-ci turunda Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" Maltada baş tutan qarşılaşmada "Hamrun" üzərində 2:0 hesablı qələbə əldə edib və qrupdakı mövqeyini bir qədər də gücləndirib.
Milli.Az-ın məlumatına görə, Ukrayna təmsilçisi ardıcıl üç dəqiqə ərzində vurduğu qollarla vacib xal qazanıb və bununla da turnir cədvəlində ikinci yerə yüksəlib.
Matçın 61-ci dəqiqəsində Luka Meyrelles hesabı açıb. Bundan qısa müddət sonra - 64-cü dəqiqədə İsak oyundakı ikinci qolu vuraraq komandasının üstünlüyünü artırıb.
Bu nəticə "Şaxtyor Donetsk"in xal sayını 12-yə çatdırıb və komanda qrupda ikinci pillədə qərarlaşıb. "Hamrun" isə 3 xalla sonuncu sırada yer alır.
Son turda Arda Turanın komandası doğma meydanda "Rijeka" ilə qarşılaşacaq. "Hamrun" isə səfərdə "Şemrok Rovers"lə üz-üzə gələcək.
Hüseyn
Milli.Az