Bakıda iki avtomobil toqquşdu - Yanğın başladı - VİDEO - FOTO

12 Dekabr 2025 00:53

Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Avtomobillərdən biri aşıb. Hadisə nəticəsində yanğın başlayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Milli.Az