Rəqsanə əməliyyat olunacaq

12 Dekabr 2025 08:46

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova yenidən bıçaq altına yatacaq.

Milli.Az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan ifaçı plastik əməliyyat etdirəcəyini bildirib. O, hazırda həkim seçimi etdiyini bildirib:

"Göz qapağı əməliyyatı etdirmişəm. İndi üzümdə əməliyyat etdirmək istəyirəm. Hazırda həkim seçimini edirəm. Üz gərmə etdirmək istəyirəm. Yanağımda gellər var idi. Həssas yerdə olduğu üçün Azərbaycandakı həkimlər onları çıxarmağa qorxduqlarını bildirdilər. Çünki sinirə toxunsanlar iflic, ola bilərdim. Ona görə də yanağımdakı gelləri Türkiyədə çıxartdırdım. İndi üz gərmə etdirəcəyəm".

Qeyd edək ki, R. İsmayılova bu ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib. Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. (axşam.az)

Milli.Az