Türkiyədə binada faciə - Eyni ailədən 3 uşaq öldü - FOTO

11 Dekabr 2025 10:32

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.

Milli.Az xəbər verir ki, yanğın zamanı evdə 4 uşaq olub.

Xəstəxanaya aparılan uşaqlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, birinin isə vəziyyəti ağırdır.

Məlumata görə, yanğın zamanı evdə uşaqlardan başqa heç kəs olmayıb.

Fidan
Milli.Az