İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut) ilə bağlı aparılan "qəsdən adam öldürmə" cinayət işi çərçivəsində onun qızı Tuğyan Ülkem Gülter və qızının rəfiqəsi Sultan Nur Ulunu saxlayıb.
Milli.Az xəbər verir ki, saxlanılma əməliyyatı 9 dekabr axşamı İstanbul Böyükçəkməcədə həyata keçirilib.
Gülter və Ulu Gürcüstan və ya Fransa istiqamətində qaçmağa hazırlaşırmışlar. Onlar dəniz yolu ilə ölkədən çıxmağı planlaşdırmışdılar.
Şübhəlilərin ifadələri dəfələrlə ziddiyyət təşkil edib.
Gülter və Ulunun çemodanlarla evdən çıxarkən çəkilmiş görüntüləri də əldə olunub.

İstintaq çərçivəsində həmçinin Gülter və Uluyu Yalovadan İstanbula gətirən şəxs, İstanbulda qaldıqları evin sahibi və Ulunun atası da saxlanılıb. Ulunun atasının əvvəllər də cinayət qeydiyyatı olduğu və şərti azadlıq altında olduğu bildirilib.
Xatırladaq ki, hadisə bu ilin sentyabr ayının 26-da baş verib. Müğənni Güllünün 6-cı mərtəbədən yıxılaraq öldüyü ehtimal olunurdu, lakin, qəsdən öldürüldüyü üzə çıxıb.
İsmayıl
Milli.Az