Pərvin ərə gedir

10 Dekabr 2025 21:06

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aktrisa canlı yayımda şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Pərvin ailə qurmağa hazırlaşdığını deyib:

"Namizədim var... İnanmazsınız, amma var. Deyəsən, toy olacaq".

Aktrisa həyatında olan bəylərlə nişanlandığını etiraf edib:

"Ömrüm nişanlı ola-ola keçib. Hər gələn evlənmək adıyla nişanlanıb, sonra gedib. Hamısı ilə nişanlı olmuşam. Hamısından üzüyüm var. Bundan sonrakına deyəcəyəm mənə üzük vermə, düşmür".  (Axşam.az)

Milli.Az