Prezident “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayırdı

10 Dekabr 2025 17:43

2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Milli.Az