Dar geyinən qadınlara xəbərdarlıq

11 Dekabr 2025 03:03

Qadınların əksəriyyəti həyatlarının müəyyən dövründə vaginal infeksiyalara tutulur.

Milli.Az xəbər verir ki, Türkiyəli həkim Ecem Eren dar geyimlərin və bəzi digər amillərin vaginal infeksiyalara səbəb olduğunu bildirib.

Dar geyim, xüsusilə dar şalvar və ya sintetik iç geyimlər vaginaya təzyiq edir və orada hava sirkulyasiyasını azaldır. Bu isə nəm və istilik yaranmasına səbəb olur ki, bu da bakteriya və maya (göbələk) infeksiyalarının çoxalması üçün ideal mühit yaradır.

Vagina normalda təbiətdəki bakteriya florası ( əsasən Lactobacillus bakteriyaları ) sayəsində sağlam qalır. Bu bakteriyalar turşulu mühit yaradır və zərərli mikroorqanizmlərin çoxalmasını əngəlləyir. Amma dar geyim bu floraya zərər verə bilər, yəni Lactobacillus bakteriyaları azala bilər və nəticədə infeksiyalar yaranır.

Həkimlərin sözlərinə görə infeksiyalar xüsusilə ildə dörd dəfə və daha çox baş verərsə, qadınların iş, ailə və sosial həyatına mənfi təsir göstərir.

Lakin hormonal dəyişikliklər, hamiləlik, dar geyim və sintetik iç geyimlər bu balansı poza bilər və infeksiyalara yol aça bilər. Vaginal infeksiyalara səbəb olan əsas amillər arasında qaydasız antibiotik istifadəsi, vaginal duş və sabunla iç təmizliyi, vaginal quruqluq, zəif immunitet və diabet göstərilir.

Həkim qadınlara tövsiyə edir ki, dar geyim və sintetik iç geyimlərdən mümkün qədər uzaq dursunlar, fərdi gigiyenaya diqqət yetirsinlər və lazım gəldikdə həkimə müraciət etsinlər.

İsmayıl
Milli.Az