Kırıkkalenin Yahşiyan rayonunda yerləşən "Bahadır Kimya" adlı fabrikdə naməlum səbəbdən güclü yanğın başlayıb. Səhər saat 11:30 radələrində baş verən hadisə qısa müddətdə bütün müəssisəni bürüyüb.
Milli.Az xəbər verir ki, yanğın zamanı ardıcıl partlayış səsləri eşidilib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis, jandarma və təcili yardım qüvvələri cəlb olunub.
İstehsalat sahəsində sürtkü yağı, antifriz və aerozol spreyləri kimi yüksək yanğın riski olan məhsulların olması alovun daha sürətlə yayılmasına səbəb olub.
Təhlükəsizlik məqsədilə fabrik və ətrafdakı bütün müəssisələr təxliyə edilib. Yanğınsöndürmə işləri davam edir.
Milli.Az