İki arvadla eyni evdə yaşayan kişi günlük həyatını VİDEOya çəkdi

10 Dekabr 2025 13:52

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, iddialara görə iki arvadı olan şəxs günlük baş verənləri lentə alıb.

Görüntülərin hansı ölkədə çəkilməsi barədə məlumat yoxdur.

Videoda qeyd olunur ki, iki arvadla bir evdə yaşayan şəxs daim onların arasında dava-dalaşa şahidlik edir.

Qeyd edək ki, çoxarvadlılıq (poliqamiya) məsələsi hüquqi, dini və sosial baxımdan fərqli yanaşmalara malikdir. Azərbaycanda qanunla kişi yalnız bir qadınla evlənə bilər və çoxarvadlılıq rəsmi olaraq tanınmır. İslam dini isə kişiyə ədalətli davranmaq və maliyyə təminatını vermək şərti ilə ən çox dörd arvadla evlənməyə icazə verir, digər dinlərdə isə çoxarvadlılıq əsasən qadağandır. Sosial və psixoloji baxımdan isə çoxarvadlı ailələrdə qadınlar və övladlar arasında ədalət, münasibətlər və diqqət məsələləri gərginlik yarada bilər. Bu səbəbdən müasir cəmiyyətlərdə monoqamiya daha çox qəbul olunur.

Milli.Az müzakirələrə səbəb olan görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az