Bu il Bakıda Şaxta baba və Qar qız "olmayacaq"

10 Dekabr 2025 14:00

Yeni il bayramına sayılı günlər qalsa da, Bakıda Şaxta baba və Qar qızı personajlarına rast gəlinmir.

Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinə Şaxta Baba və Qar Qızla bağlı heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızı olmaq istəyənlər 60 manat rəsmi rüsum ödəməlidirlər. İcazə isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilir. 

Xatırladaq ki, Bakıda Yeni il hazırlıqlarına başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə də start verilib.

Milli.Az