Ət maşınlarını qurd basıb - İyrənc görüntülər - VİDEO

10 Dekabr 2025 12:30

Çanakkaleda son bir ay ərzində keçirilən qida yoxlamalarında gigiyena qaydalarına əməl etməyən müəssisələr ümumilikdə 1 milyon 800 min 249 TL məbləğində cərimələnib.

Milli.Az xəbər verir ki, Türkiyədə qida təhlükəsizliyinə məsul qurumun əməkdaşları noyabrın 19-dan etibarən şəhər üzrə 10 min 341 müəssisəni yoxlayaraq 816 müəssisədə pozuntular aşkarlayıb.

Müşahidə zamanı bəzi obyektlərdə kif atmış ətlər, ət maşınlarında qurdlar tapılıb.

Qanun pozuntularının qeydə alındığı müəssisələr bağlanıb, sahibləri cəzalandırılıb.

İsmayıl
Milli.Az