Xalq artisti Könül Xasıyeva etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, xanəndə oğlunun gələcək ailəsi barədə fikirlərini dilə gətirib.
Müğənni gəlinindən cehiz almayacaq:
"Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birinİ gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın. Bir də bu evə sevinc, şadlıq, sədaqət, inam, balama sevgi gətirsin. Ayrı bir çöp istəmirəm. Hər şey etmişəm. Oğlumun otağını da ayırmışam. İçində hər şey var, bircə mebellərin almamışam. Gəlin gedər özü baxıb seçər, mən də pulunu verəcəyəm. Mənim qızım yoxdur, qız arzulamışam. Gələn mənim qızım olacaq".
Milli.Az