Çində daha bir yaşayış binasında yanğın - Ölənlər var - VİDEO

10 Dekabr 2025 13:58

Çinin cənubundakı Quandun əyalətində yaşayış binasında yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Baş verən yanğında 12 nəfər ölüb. Məlumata görə, hadisə Şantou şəhərinin Çaonan rayonunda baş verib.Yanğın 150 kvadratmetr ərazini əhatə edib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Çinin Honkonq şəhərində böyük yaşayış kompleksində dəhşətli yanğın baş vermişdi, nəticədə 100-ə yaxın sakin həyatını itirib.

Milli.Az