Sumqayıt Bulvarında təhlükəli dairə: sürücülər tələyə düşür

10 Dekabr 2025 10:57

Sumqayıt Bulvarı ərazisindəki dairə sürücülər üçün təhlükəli vəziyyət yaradır.

Milli.Az xəbər verir ki, 8 bucaq formasında qurulmuş dairənin kənar hissələrinin çıxıntılı olması sürüclərin ordan keçdikdə çətinlik çəkməsinə səbəb olur.

Nəticədə nəqliyyat vasitələri zədələnir, bəzi hallarda isə qəza riski yaranır.

Mina Mikayılova
Milli.Az