Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ: bu qədər ödəməlisiniz

10 Dekabr 2025 11:51

Yeni ilin rəmzi olan Şaxta baba bu bayram mövsümündə də paytaxt sakinlərinin "qonağı" olacaq.

Milli.Az xəbər verir ki, qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda Şaxta baba kimi fəaliyyət göstərmək üçün xüsusi təlimə ehtiyac yoxdur.

Namizədlərin yalnız müəyyən edilmiş dövlət rüsumunu ödəməsi kifayətdir.

Məlumata görə, Şaxta baba kimi xidmət göstərmək istəyən şəxslər bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidirlər. Qurumun Bakı şəhəri Ticarət və Xidmət Departamentindən bildirilib ki, hazırda bu barədə hər hansı müraciət daxil olmayıb.

Qeyd edilir ki, fəaliyyət icazəsi üçün nəzərdə tutulan dövlət rüsumu 90 manat təşkil edir.

Hüseyn
Milli.Az