Böyük Britaniyada yeni H3N2 qripinə görə elan edilən həyəcan siqnalından sonra oxşar vəziyyət İspaniyada da yaşanır. Ölkə xəstəxanaları virusa nəzarət etməkdə çətinlik çəkir, vəziyyət isə getdikcə nəzarətdən çıxır.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, xəstələrin sürətlə artması nəticəsində tibbi müəssisələr dolub-daşır. Sosial mediada yayılan görüntülərdə insanların günlərlə çarpayı gözlədiyi, bir çox xəstənin isə məcburiyyət qarşısında xəstəxana dəhlizlərində yatdığı görünür.
Muxtar Generalitat bölgəsində səhiyyə müəssisələri və qocalar evlərində maska taxmaq məcburi edilsə də, xəstəxanaya yerləşdirilənlərin əsas hissəsini epidemiyanın ilk mərhələsində yoluxmuş uşaqlar və gənclər təşkil edir.
İspaniyada vəziyyətin daha da ağırlaşmaması üçün əlavə tədbirlər gündəmdədir.
Fidan
Milli.Az