“Porsche”nin rəhbəri 82 yaşında dördüncü dəfə evləndi - FOTO

10 Dekabr 2025 10:20

Almaniyanın məşhur lüks idman avtomobili istehsalçısı, "Porsche" şirkətinin sədri 82 yaşlı Volfqanq Porsche özündən 20 yaş kiçik olan Gabriele zu Leiningen ilə ailə qurub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Almaniya mediasının məlumatına görə, cütlük Avstriyanın Zalsburq şəhərində gizli toy mərasimi keçirib.

"Porsche" şirkətinin sözçüsü nikahın baş tutduğunu təsdiqləyərək, yeni evlilərin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib.

Qeyd edək ki, Volfqanq Porsche ilk dəfə 1970-ci ildə evlənib. Onun üçüncü həyat yoldaşı ilə boşanma prosesi 2023-cü ildə başlayıb. Həmin dövrdə mediada həyat yoldaşına demensiya diaqnozu qoyulduğu və davranışlarında ciddi dəyişikliklərlə bağlı Porsche-nin çətinlik yaşadığı barədə məlumatlar yayılmışdı.

Fidan
Milli.Az