Güllünün qızı saxlanıldı

10 Dekabr 2025 09:05

Müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter və onun yaxın dostu Sultan Nur Ulu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yalova Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində barələrində axtarış elan olunan Gülter və Ulu İstanbulun Böyükçəkmece rayonunda ölkədən çıxmağa cəhd edərkən ələ keçib.

Bildirilir ki, onlar saat 21:45 radələrində izlənilib və qısa müddətdə həyata keçirilən xüsusi əməliyyat nəticəsində polis tərəfindən saxlanılıb.

İlkin ifadələrinin alınmasının ardından hər iki şəxs istintaqın aparıldığı Yalovaya göndəriləcək.

Hüseyn
Milli.Az