Gəncədə 10-a yaxın məktəbli dönərdən zərhərləndi - ADLAR - YENİLƏNİB

10 Dekabr 2025 10:23

10:23

Gəncədə dönərdən kütləvi zəhərlənmə hadisəsi olub.

Zəhərlənən 8 şagirdin əksəriyyəti Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbdə təhsil alır.

Onlar dərsdən sonra dönərlə qidalanıblar.

Zəhərlənənlərin adlarını təqdim edirik: Əli Zeynalov (2015), Məlahət Məmmədova (2015), Kamal İsmayılov (2015), Hüseyn Hüseynli (2015), Rüqəyya Tağıyeva (2015), Aydan Həsənzadə (2015), Adil Məmmədov ( 2015), Əli Mizəyev (2015).

Məktəblilər artıq ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

01:31

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az-ın məlumatına görə Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az