"Yolkanı" bəzəyərkən özünü yaraladı – Milyonların izləyəcəyi oyunda meydana çıxmayacaq - FOTO

10 Dekabr 2025 00:41

Manchester City-nin müdafiəçisi Con Stouns evində yeni il ağacını bəzəyərkən özünü yaralayıb.

Milli.Az xəbər verir ki, 31 yaşlı futbolçu diqqətsizliyi səbəbilə əlindən xəsarət alıb və bu səbəbdən UEFA Çempionlar Liqasının 6-cı turunda keçiriləcək "Real Madrid"-"Mançester Siti" qarşılaşmasında forma geyinə bilməyəcək.

Xəbərlərdə Stounsun əlində ciddi zədənin olduğu və bu səbəbdən meydandan uzaq qalacağı bildirilir. 

Lalə Qüdrətova
Milli.Az