İspaniya mətbuatında yer alan iddialara görə, "Liverpul" rəhbərliyi Məhəmməd Salahı bu yanvarda satmağa hazırdır.
Milli.Az xəbər verir ki, klub ulduz futbolçu ilə yolları ayırmağa qərar verib və proses artıq qış transfer pəncərəsi üçün nəzərdə tutulub.
Məlumata görə, Salah özü də yeni addıma müsbət yanaşır və bir neçə top-klub variantını dəyərləndirməyə açıqdır:
"Bayern Münhen"
"Real Madrid"
"Barselona"
Səudiyyə Ərəbistanı klubları da mümkün variantlar arasındadır.
Misirli ulduzun yaxın aylarda karyerasında böyük dəyişiklik yaşaya biləcəyi deyilir. "Liverpul"un satmaq qərarının maddi səbəblər, müqavilə müddəti və yenilənmə planı ilə bağlı olduğu iddia olunur.
Salahın taleyinə dair danışıqların qışda sürətlənəcəyi gözlənilir.
Milli.Az