Türkiyədə fəaliyyət göstərən "Habertürk" televiziyasının baş redaktoru, aparıcı Mehmet Akif Ersoy narkotik əməliyyatı çərçivəsində saxlanılıb.
Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına görə, ümumilikdə 8 şübhəli barəsində "şəxsi sitifadə üçün narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə olunmasına şərait yaratmaq" maddələri üzrə saxlanılma qərarı verilib. Prokurorluğun göstərişi əsasında Ersoy və üç nəfər artıq saxlanılıb.
Məlumata görə, Habertürk telekanalının digər əməkdaşı - Xarici xəbərlər redaktoru Elif Kılınç da istintaq çərçivəsində saxlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl keçirilən əməliyyatda tanınmış aparıcılar Meltem Acet, Ela Rümeysa Cebeci və Hande Sarıoğlu da saxlanılmışdı. Onlar sağlamlıq yoxlanışından sonra ifadə vermək üçün İstanbul Ədliyyəsinə gətirilmiş, daha sonra isə ATK-dəki prosedurları tamamlandıqdan sonra sərbəst buraxılacaqları bildirilmişdi.
Lalə Qüdrətova
Milli.Az