Qusarda ağır qəza - 4 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO

9 Dekabr 2025 21:43

Qusarda baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, Rayonun Hil kəndində "ZİL" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1959-cu il təvəllüdlü S. Saruxanov, 1974-cü il təvəllüdlü A. Güləliyev, 1962-ci il təvəllüdlü İ. Ağakişiyeva və 1989-cu il təvəllüdlü R. Balabekov xəsarətlər alıblar.

Onlar Qusar rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma davam etdirilir. (APA)

---------

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, 3 nəfər kişi və 1 nəfər qadın ağır xəsarətlərlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az