Arnold Şvartseneggeri görən polislər "sıraya düzüldülər" - VİDEO

14 Dekabr 2025 01:01

Hollivud ulduzu Arnold Şvartseneggerin polis əməkdaşları ilə çəkilən görüntüləri sosial şəbəkədə böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, qarla örtülmüş ərazidə vəzifə başında olan bir qrup polis əməkdaşı məşhur aktyoru təsadüfən görüblər.

Dünyaca məşhur ulduzu tanıyan əməkdaşlar onu piyada keçidindəcə "yaxalayaraq", növbə ilə şəkil çəkdirməyə başlayıblar.

Sözügedən video qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər Şvartseneggerin səmimi davranışını və polislərin sevincini maraqla qarşılayıblar.

Musa
Milli.Az