Villadakı partlayışda ölən şəxs usta imiş - FOTO

9 Dekabr 2025 18:20

Sabunçu rayon Bakıxanov qəsəbəsində villada baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həyatını itirən şəxs həmin villada usta işləyən 43 yaşlı Yadigar Məmmədovdur.

Mərhum əslən Lənkəran rayonundan imiş.

Milli.Az