Sabah bu ərazilərdə qaz olmayacaq

9 Dekabr 2025 17:58

Sabah Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində və Abşeron rayonu, Qobu qəsəbəsi Q.Xaliqov küçəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 10.12.2025-ci saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Milli.Az