Goranboyda "Niva" ilə mikroavtobus toqquşdu - 6 yaralı var - FOTO

9 Dekabr 2025 19:12

Goranboyda minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 6-a çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzada xəsarət alanların 1984-cü il təvəllüdlü A.Əmrahova, 1994-cü il təvəllüdlü D.Məmmədov, 1971-ci il təvəllüdlü E.Rüstəmov, 1991-ci il təvəllüdlü B.Novruzova, 1995-ci il təvəllüdlü A Məmmədov və 1984-cü il təvəllüdlü S.Musayev olduğu bildirilir.

Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub: "Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub".

------------

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində "Niva" markalı minik maşını ilə "Mercedes" markalı mikroavtobus toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az