Belə zəngləri açanın "dünyası başına yıxılır"

10 Dekabr 2025 08:07

Telefon xəttinin o başında tanımadığınız bir nömrə. Bir toxunuşla açılan görüntü. Və əvvəlcədən qurulmuş bir səhnə: uşaqlara aid erotik məzmunlu kadrlara paralel olaraq sizin üzünüzün qeydə alınması. Son günlərin ən aqressiv fırıldaq sxemi belə işləyir.

Milli.Az xəbər verir ki, bu dəstələr artıq klassik üsullarla kifayətlənmir. məqsəd açılan hər görüntülü zəngi bir şantaj alətinə çevirməkdir. Zənglər çox vaxt xaricdən gəlir, nömrələr dəyişir, taktika eyni qalır: ekran görüntüsü, sonra hədə-qorxu, sonda pul tələbi.

Bu mexanizmin arxasındakı şəbəkə qurbanı sanki uzun danışıq aparmış kimi göstərən montajlarla sıxışdırıb, "ailənə göndərərik" təhdidi ilə psixoloji təzyiq yaradır.

Texnologiya inkişaf etdikcə risklər də kəskinləşir, xüsusilə də beynəlxalq dələduz şəbəkələrinin fəaliyyətində. Mütəxəssislər xəbərdarlıq edir ki, tanımadığınız nömrədən gələn görüntülü zəngləri açmayın.

Ekspert Osman Demircan deyir ki, belə hallarda vaxt itirməmək həyati əhəmiyyət daşıyır. Qurbana çevrilən şəxs sübutlarını toplayıb dərhal polisə müraciət etməlidir.

İsmayıl
Milli.Az