Müğənni qəza etdi - Atası və 2 yaşlı övladı öldü

9 Dekabr 2025 15:26

Muğam ifaçısı Məftun Məmmədov ağır qəza edib.

Milli.Az xəbər verir ki, Məftun Məmmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Zərdabda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı da qəza nəticəsində dünyasını dəyişib. 

Belə ki, Məftun Məmmədovun atası İntiqam Məmmədov, həmçinin onun 2 yaşlı oğlu Tunar Məmmədov qəzada həlak olub.

Avtomobildə olan digər şəxslər Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam isə xəsarət alıblar.

Mehman Əsədov
Milli.Az