Suriyada sabiq dövlət başçısı Bəşər Əsəd hakimiyyətinin başa çatmasının birinci ildönümünə həsr edilmiş genişmiqyaslı tədbirlər keçirilir.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bayram tədbirlərində baş verən izdiham nəticəsində azı 1 nəfər boğularaq ölüb, 260-dan çox şəxs xəsarət alıb.
.jpg)
Xatırladaq ki, ötən il dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdikdən sonra Bəşər Əsəd ölkəni tərk edib. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub. Bununla da, Suriyada 61 il hakimiyyətdə olan "Baas" rejimi devrilib.
Milli.Az