Avtomobil akkumulyatoru bir neçə səbəbdən tez sıradan çıxa bilər. Ən başlıca səbəb akkumulyatorun tam boşalmasıdır.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Xaytser danışıb.
"Akünün sıradan çıxmasının əsas səbəbi tez-tez tam boşalmadır. Bu zaman enerji səviyyəsi icazə verilən həddin altına düşür, adətən nominal tutumun 20%-i səviyyəsinə qədər. Plitələr və elektrolit zədələnir, xüsusilə qurğuşun-turşu akkumulyatorlar üçün təhlükəlidir. Nəticədə enerji saxlamaq mümkün olmur, akkumulyatoru bərpa etmək olmur", - ekspert izah edib.
Xaytser bildirib ki, tam boşalma akkumulyatora elektrik sistemində cərəyan sızması, klemmlərdə pis təmas, çox enerji sərf edən siqnalizasiya və qısa sürüşlər səbəbindən də baş verə bilər.
Hər bir akkumulyatorun ömrü məhduddur. 5-6 ildən sonra qəfil sıradan çıxma ehtimalı artır. İlk nasazlıq əlamətləri görünəndə akkumulyator gərginliyini ölçmək lazımdır. Mühərrik sönülü halda normal səviyyə 12,6 V-dur.
O tövsiyə edir ki, potensial problemlərin qarşısını almaq üçün akkumulyator vaxtından əvvəl dəyişdirilsin.
İsmayıl
Milli.Az