Daha bir təyyarə faciəsi - bütün ekipaj həlak oldu - YENİLƏNİB

9 Dekabr 2025 18:42

Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan An-22 təyyarəsindəki bütün heyət üzvləri həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub.

-------------

Rusiya Müdafiə Nazirliyinin An-22 təyyarəsi qəzaya uğrayıb

Milli.Az xəbər verir ki, İvanovo bölgəsində An-22 təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarə Rusiya Müdafiə Nazirliyinin təyyarəsinə məxsus olub.

Qəza Furmanovski rayonunda baş verib və təyyarədə yeddi heyət üzvü olub. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Xəsarət alanlar və ya qəzanın səbəbi barədə məlumat yoxdur.

Fidan
Milli.Az