Zərdabda yol qəzasında baba və nəvə ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

9 Dekabr 2025 13:50

13:50

Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.

Milli.Az xəbər verir ki, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, azyaşlı hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.

13:17

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Milli.Az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-ü azyaşlıdır.

Milli.Az