Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ

9 Dekabr 2025 12:30

Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.
Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Milli.Az