IMDb-nin hər il açıqladığı "Dünyanın ən gözəl aktrisaları" siyahısında bu dəfə Türkiyəni yalnız Hande Erçel təmsil edib.
Milli.Az xəbər verir ki, Hollivud və Asiya kinosunun ulduzlarının yer aldığı siyahıda Erçel 10-cu pillədə qərarlaşıb.
Birinci yerdə Marqot Robbi, onun ardınca isə Şailen Vudli, Dilraba Dilmurat və Nensi MakDonie kimi məşhur adlar gəlir.
Hande Erçelin Emma Vatson, Ana de Armas və Amber Heard kimi dünya məşhurları ilə eyni siyahıda yer alması, onun beynəlxalq səviyyədə geniş fan bazasına sahib olduğunu bir daha göstərib.
Beləliklə, o, siyahıda Türkiyəni təmsil edən yeganə aktrisa olaraq diqqət çəkib.
Milli.Az