Sosial media fenomeni Danla Biliç estetik əməliyyatlarla bağlı çətin günlərini yenidən yaşayır. Üç il əvvəl omba böyütmə əməliyyatı keçirən Biliç həmin prosedurdan sonra uzun müddətdir ciddi fəsadlarla mübarizə aparır.
Milli.Az xəbər verir ki, Danla Biliçin illər öncə istifadə etdiyi dolğular bədənində infeksiyaya yol açdığı üçün o, dəfələrlə əməliyyat olunmalı olub. Hətta prosedur zamanı ölüm riski ilə üzləşdiyini də açıqlamışdı.
Biliç son əməliyyatı zamanı bədənindən çıxarılan dolğu qalığını sosial mediada paylaşıb.
Məşhur paylaşımında bu sözləri yazıb:
"Bu isə 5-ci əməliyyatım zamanı bədənimdən çıxarılanlardır. Böyrəklərimə, belimə, ayaqlarıma qədər yayılmışdılar. Daha heç nə deməyəcəyəm. Bu, cahil cəsarətdən başqa bir şey deyildi" .
Fidan
Milli.Az