İş adamı aktrisa arvadını döydü - FOTO

9 Dekabr 2025 09:25

Türkiyəli aktrisa və musiqiçi Yıldız Asyalı həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək həyat yoldaşı Mustafa Semih Demirci tərəfindən zorakılığa məruz qaldığını bildirib. Aktrisa yaşadığı hadisəni təsdiqləyən fotoları da izləyiciləri ilə bölüşərək dəstək istəyib.

May ayında iş adamı Mustafa Semih Demirci ilə evlənən Asyalı paylaşımında "Həyat yoldaşım tərəfindən döyüldüm" sözlərini yazıb. O, üzündəki izləri göstərərək bunun üçün hüquqi yardım axtardığını qeyd edib.

Asyalı daha əvvəl də ailə zorakılığı yaşadığını xatırladaraq bu dəfə də susmamağı seçdiyini vurğulayıb.

İsmayıl
Milli.Az