Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı yolun kənarında olan 2003-cü il təvəllüdlü F. Quluzadə minik avtomobili ilə divarın arasında qalaraq ölüb. 2009-cu il təvəllüdlü R. Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az